İvan İvanoviç Meşşaninov (rus. Иван Иванович Мещанинов; 24 noyabr (6 dekabr) 1883[1], Ufa[2] – 16 yanvar 1967[2][3][…], Leninqrad[2]) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki, 1936–1937-ci illərdə 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə AEA-nın fəxri akademiki, Sosialist Əməyi Qəhrəmanı (1945).[4]
İvan Meşşaninov | |
---|---|
![]() | |
Doğum tarixi | 24 noyabr (6 dekabr) 1883[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1967[2][3][…] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | dilçilik, arxeologiya |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Nikolay Marr |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Həyatı
redaktəİvan İvanoviç Meşşaninov 1883-cü il dekabrın 6-da hazırkı Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə Azərbaycanda akademiya yaradılanda o, Azərbaycan SSR EA-nın fəxri üzvü seçilmişdi, Azərbaycan alimləri ilə, o cümlədən Heydər Hüseynovla şəxsən tanış idi. İ. İ. Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926–1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə tsiklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ. İ. Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar. O, 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur. Akademik İ. İ. Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1967-ci il 16 yanvar tarixində keçmiş Leninqradda (indiki Sankt-Peterburqda) vəfat etmişdir.[4][5]
Mükafatları
redaktəİki dəfə "Stalin" mükafatı laureatı adına layiq görülmüşdü.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
1945-ci ildə peşəkar arxeoloq və dilçiyə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdi.[4]
Əsərləri
redaktə- Эламские древности, П., 1917;
- Халдоведение. История древнего Вана, Баку, 1927;
- Введение в яфетидологию, Л., 1929;
- Язык Ванской клинописи, Л., 1935;
- Новое учение о языке. Стадиальная типология, Л., 1936;
- Общее языкознание, Л., 1940;
- Члены предложения и части речи, М. — Л., 1945;
- Глагол, Л., 1949;
- Грамматический строй урартского языка, ч. 1–2, Л., 1958–1962;
- Структура предложения, М. — Л., 1963;
- Эргативная конструкция в языках различных типов, Л., 1967.
İstinadlar
redaktə- ↑ 1 2 Başqırdıstan Ensiklopediyası (rus.). Башкирская энциклопедия, 2005. 4344 с.
- ↑ 1 2 3 4 5 6 Мещанинов Иван Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Iwan Iwanowitsch Meschtschaninow // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 Мещанинов Иван Иванович // Большая советская энциклопедия: [в 30 т.] / под ред. гл. ред. А. М. Прохоров — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
- ↑ "İvan İvanoviç Meşşaninov". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.