ŞubanıBakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır.

Şubanı
40°22′09″ şm. e. 49°45′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şubanı xəritədə
Şubanı
Şubanı

Toponimikası

redaktə

Şubanı oronimi Abşeron yarımadasının qəsəbəsində dağ silsiləsi. Yerli əhali Şübani kimi tələffüz edir. Bəzi tədqiqatçılar oronimi fars dilindəki "yüksəklik" mənalı şuban sözü ilə əlaqələndirir. XV-XVII əsr Bakı tarixinə aid sənədlərdə Şubanı ilə əlaqədar 4 fərman var. Sənəddə toponim Şeybani kimi qeyd olun-muşdur. Ərəb istilası dövründə Cənubi Qaf-qazı idarə edən valilərdən biri də istedadlı sərkərdə Yəzid ibn Məzyəd Əş-Şeybani (799-801) olmuşdur. O, Ərəbistan yarıma-dasında yaşayan rəbiə tayfasının şeyban tirə-sinə mənsub idi. İşğal olunmüş ölkələrdə öz mövqelərini möhkəmləndirmək və yerli əhalinin müqavimətini qırmaq üçün həmin yerlərə ərəb tayfaları köçürürdülər. Xəlifə Harun-ər Rəşid dövründə (786-809) köçü-rülmə siyasəti valilərə tapşırılmışdı. Həmin şəxslər özlərinə yaxın qohum tayfaları Azərb.-a gətirmişdilər. Şirvanşahlar sülalə-sinin əsasını qoyan Yəzid ibn Məzyəd Əş-Şeybani də belə etmişdi. Hazırda İranda şeybanilərin yaşaması və Azərb. toponimi-kasında ərəb mənşəli coğrafi adların olması bu tarixi faktı təsdiq edir. Şirvanşah Fərrux Yəsarın (1462-1500) 1491-ci il vəqfnamə-sində Şubanı adı Şeybani kimi qeyd olun-muşdur. Monqol tayfaları içərisində də şey-banilərin adı çəkilir. Bütün hallarda oronimin şeybani etnonimi ilə bağlıdığı nəzərdə tutulur.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007. səh.223

Həmçinin bax

redaktə