Məzmuna keç

Ədəbiyyat (qəzet)

Vikipediya, azad ensiklopediya
"Ədəbiyyat qəzeti"
Növ Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin nəşri.
Format A3
Təsisçi Azərbaycan Yazıçılar Birliyi, "Ədəbiyyat qəzeti"nin yaradıcı əməkdaşları.
Baş redaktor Azər Turan
Yaranma tarixi 1934
Qiym��t 40 qəpik
Səhifə 32
Ünvan Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı. 9-cu mərtəbə.
Tiraj 1700
edebiyyatqazeti.az

"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı.

"Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir.

1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb.

1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib.

24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır[1].

Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır. Saytın redaktoruTuran Etibaroğludur.

Baş redaktorları

[redaktə | vikimətni redaktə et]

Müxtəlif vaxtlarda "Ədəbiyyat qəzeti"nin baş redaktorları olmuşdur:

  1. Hacıbaba Nəzərli — 1934
  2. Məmməd Kazım Ələkbərli −1934–1936
  3. Seyfulla Şamilov — 1936 −1937
  4. Redaksiya heyəti — 1937–1938
  5. Qəzənfər Məmmədov — 1938–1939
  6. Məmməd Səid Ordubadi — 1939–1939
  7. Məmməd Cəfər Cəfərov — 1945–1949
  8. Ənvər Əlibəyli — 1949–1951
  9. Süleyman Rüstəm — 1951–1957
  10. Qasım Qasımzadə — 1957–1963
  11. Yusif Əzimzadə — 1963–1966
  12. Hüseyn Abbaszadə — 1966–1971
  13. Nəriman Həsənzadə — 1978–1991
  14. Cabir Novruz — 1991 −1993
  15. Sabir Əhmədov — 1993–1996
  16. Ayaz Vəfalı — 1996–2014
  17. Elçin Hüseynbəyli — 2014
  18. Azər Turan — 2015-ci ilin yanvarından

Qəzetin İnternet saytı: edebiyyatqazeti.az

E-mail: edebiyyatqazeti@yahoo.com

Əlaqə üçün telefon və faks nömrələri:

Baş redaktor: (+99412) 539 52 59

Baş redaktor müavinləri: (+99412) 510 88 61, (+99412) 539 50 67

Məsul katib: (+99412) 539 91 68

Şöbələr: (+99412) 538 03 17

tel. / faks.: (+99412) 538 85 70

Ünvan: Bakı – AZ1073, Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyat, 9-cu mərtəbə

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]