David Trezeqe
David Trezeqe | |
---|---|
fr. David Trezeguet | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1977[1][2] (47 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 190 sm |
Çəkisi | 80 kq |
Mövqeyi | hücumçu |
![]() |
David Serxio Trezege (fr. David Sergio Trezeguet, 15 oktyabr 1977[1][2], Ruan)[3] — Əslən argentinalı olan keçmiş Fransalı futbolçu. Karyerasının böyük hissəsini İtaliyanın "Yuventus" klubunda keçirib. Bu klubun heyətində ən çox qol vuran xarici futbolçudur.[4][5]
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]Trezeqe 1977-ci ildə Fransanın Ruan şəhərində, keçmiş futbolçu Xorxe Ernesto Trezeqenin ailəsində doğulub.
Karyerası
[redaktə | vikimətni redaktə et]İlk illər
[redaktə | vikimətni redaktə et]David Trezeqe 1985-ci ildə Argentinanın "Platense" klubunun uşaq komandasında futbolun sirrlərini öyrənməyə başlayıb. Davidin ilk peşəkar utbol klubuda 1994-cü ildə heyətində meydana çıxdığı Platense olub.
Platense
[redaktə | vikimətni redaktə et]1994-cü ildə Trezeqe "Platense" klubunun gənclər komandasından əsas komandasına cəlb olunur. Davidin burada debutu 12 iyun 1994-cü ildə olur. Mövsum ərzində meydana 5 dəfə çıxsada qol ilə fərqlənə bilmir. Mövsum sonunda klubda maddi problemlər yarandığından gənc oyunçu Fransaya yollanır. Burada paytaxtın "PSJ" klubu onu transfer etmək istəsədə klubun maliyyə şərtləri Trezeqeni razı salmır.
Monako
[redaktə | vikimətni redaktə et]Gənc David 1995-ci ildə illik 180 min frank maaş ilə "Monako" klubu ilə müqavilə bağlayır. O 5 il bu klubun ormasını geyinir. "Monako"nun əsas heyətində Fransa çempionatında 93 oyunda 52, ikinci heyətində isə 34 oyuna 24 qol vurur. "Monako" klubu ilə o iki dəfə Fransa çempionu olur, bir dəfə isə Fransa Super Kubokunu qazanır.
Yuventus
[redaktə | vikimətni redaktə et]Futbolçunun karyerasının böyük hissəsi İtaliyanın "Yuventus" klubu ilə bağlıdır. Turin klubunun heyətində futbolçu İtaliya çempionatında 245 oyunda meydana çıxaraq 138 qol vurur. "Yuventus"da vurduğu qolların ümumi sayı isə 171 qol olur. O həm də "Yuventus" tarixinin ən yaxşı əcnəbi bombardiridir. Turin klubu ilə 2 dəfə A Seriyası bir dəfə isə B Seriyası çempionu olur, iki dəfə isə İtaliya Super Kubokunu qazanır.
Herkules
[redaktə | vikimətni redaktə et]2010-cu ildə Yuventus ilə müqaviləsini pozan futbolçu İspaniyanın "Herkules" komandası ilə müqavilə bağlayır. "Herkules"də meydana çıxdığı 31 oyuna 12 dəfə fərqlənir.
Bani Yas
[redaktə | vikimətni redaktə et]2011-ci ili avqust ayının 30-da Birləşmiş Ərəb Əmirliyinin "Bani Yas" klubu ilə müqavilə bağlayır. Ancaq burada cəmi 4 oyuna çıxır. Tezliklə zədələnir və müqaviləsini pozaraq Argentinaya yollanır.
River Pleyt
[redaktə | vikimətni redaktə et]2011-ci ilin dekabrında Argentinanın "River Pleyt" klubu ilə müqavilə bağlayır və burada 2 il oynaraq Argentina çempionatında 35 oyuna 26 dəfə fərqlıənir.
Nuls Old Boys
[redaktə | vikimətni redaktə et]2013-cü ildə bu kluba qoşulan Trezeqe, burada bir mövsümdə meydanda olduğu 24 oyunda 7 dəfə fərqlənir.
Puna Siti
[redaktə | vikimətni redaktə et]David Trezeqenin karyerasında son klub isə Hindistanın "Puna Siti" klubu olur. O burada meydanda olduğu9 oyunda 2 dəfə fərqlənir.
Karyera statistikası
[redaktə | vikimətni redaktə et]Klub | Mövsum | Liqa | Kubok | Beynəlxalq | Əlavə | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Platense | 1993–94 | Premyer Dvizionu | 3 | 0 | — | — | — | 3 | 0 | |||
1994–95 | 2 | 0 | — | — | — | 2 | 0 | |||||
Yekun | 5 | 0 | — | — | — | 5 | 0 | |||||
Monako | 1995–96 | Liqa 1 | 4 | 0 | 0 | 0 | — | 1 | 0 | 5 | 0 | |
1996–97 | 5 | 0 | 0 | 0 | — | — | 5 | 0 | ||||
1997–98 | 27 | 18 | 3 | 1 | 9 | 4 | 2 | 1 | 41 | 24 | ||
1998–99 | 27 | 12 | 1 | 0 | 5 | 2 | 2 | 0 | 35 | 14 | ||
1999–2000 | 30 | 22 | 1 | 0 | 6 | 2 | 1 | 0 | 38 | 24 | ||
Yekun | 93 | 52 | 5 | 1 | 21 | 8 | 6 | 1 | 125 | 62 | ||
Yuventus | 2000–01 | A Seriyası | 25 | 14 | 2 | 0 | 5 | 1 | — | 32 | 15 | |
2001–02 | 34 | 24 | 2 | 0 | 10 | 8 | — | 46 | 32 | |||
2002–03 | 17 | 9 | 1 | 0 | 10 | 4 | 0 | 0 | 28 | 13 | ||
2003–04 | 25 | 16 | 3 | 1 | 5 | 4 | 1 | 1 | 34 | 22 | ||
2004–05 | 18 | 9 | 1 | 1 | 5 | 4 | — | 24 | 14 | |||
2005–06 | 32 | 23 | 0 | 0 | 9 | 6 | 1 | 0 | 42 | 29 | ||
2006–07 | B Seriyası | 31 | 15 | 1 | 0 | — | — | 32 | 15 | |||
2007–08 | A Seriyası | 36 | 20 | 3 | 0 | — | — | 39 | 20 | |||
2008–09 | 8 | 1 | 1 | 0 | 4 | 0 | — | 12 | 1 | |||
2009–10 | 19 | 7 | 0 | 0 | 8 | 3 | — | 27 | 10 | |||
2010–11 | 0 | 0 | 0 | 0 | 1 | 0 | — | 1 | 0 | |||
Yekun | 245 | 138 | 16 | 2 | 57 | 30 | 2 | 1 | 320 | 171 | ||
Herkules | 2010–11 | La Liga | 31 | 12 | 0 | 0 | — | — | 31 | 12 | ||
Baniyas | 2011–12 | Pro-League | 3 | 0 | 0 | 0 | — | 1 | 0 | 4 | 0 | |
River Pleyt | 2011–12 | Premyer B Nasional | 19 | 13 | 2 | 1 | — | — | 21 | 14 | ||
2012–13 | Premyer Dvizionu | 16 | 3 | 0 | 0 | — | — | 16 | 3 | |||
Yekun | 35 | 16 | 2 | 1 | — | — | 37 | 17 | ||||
Nuls Old Boys | 2013–14 | Premyer Dvizionu | 24 | 7 | 0 | 0 | 6 | 2 | — | 30 | 9 | |
Pune Siti | 2014 | Hindistan Super Liqası | 9 | 2 | 0 | 0 | — | — | 9 | 2 | ||
Cəmi | 445 | 227 | 23 | 4 | 82 | 40 | 9 | 2 | 559 |
Əlaqəli keçidlər
[redaktə | vikimətni redaktə et]İtaliya A Seriyası bombardirləri
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 David Trézéguet // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 DAVID SERGIO TREZEGUET // Argentine Soccer Database (isp.).
- ↑ "Arxivlənmiş surət". 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
- ↑ "Arxivlənmiş surət". 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
- ↑ "Arxivlənmiş surət". 2013-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
- 15 oktyabrda doğulanlar
- 1977-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Əlifba sırasına görə futbolçular
- Fransa futbolçuları
- Futbol hücumçuları
- Monako FK oyunçuları
- Yuventus FK oyunçuları
- Erkules FK oyunçuları
- River Pleyt FK oyunçuları
- Puna Siti FK oyunçuları
- Fransa Liqa 1 oyunçuları
- İtaliya A Seriyası oyunçuları
- İtaliya B Seriyası oyunçuları
- La Liqa oyunçuları
- BƏƏ Pro Liqası oyunçuları
- Hindistan Super Liqası oyunçuları
- Fransa milli gənclər futbol komandasının oyunçuları
- Fransa U-21 milli futbol komandasının oyunçuları
- Fransa milli futbol komandasının oyunçuları
- 1998 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Avro 2000 oyunçuları
- 2002 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Avro 2004 oyunçuları
- 2006 FİFA Dünya Kuboku oyunçuları
- FİFA Dünya Kubokunun qalib oyunçuları
- FİFA 100
- Legioner Fransa futbolçuları
- İtaliyada legioner Fransa idmançıları
- Monakoda legioner futbolçular
- İtaliyada legioner futbolçular
- İspaniyada legioner futbolçular
- BƏƏ-də legioner futbolçular
- Hindistanda legioner futbolçular
- Fəxri Legion ordeninin kavalerləri
- Fransanın kişi futbolçuları