Nil Geyman
Nil Qeyman | |
---|---|
Neil Gaiman | |
![]() Nil qeyman 2007-ci ildə | |
Doğum adı | Nil Riçard Qeyman (Neil Richard Gaiman) |
Doğum tarixi | |
Doğum yeri | Portsmut, Böyük Britaniya |
Fəaliyyəti |
yazıçı ssenarist |
Fəaliyyət illəri | 1980-cı ildən — bugünə kimi |
İstiqamət | fantastika |
Janrlar | fentezi, mistika, qorxu |
Mükafatları | Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı |
|
|
neilgaiman.com | |
![]() |
Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Geyman Polşa və Aşkenazi yəhudilərinin nəslindən gəlir. Onun ulu babası hardasa 1914-cü ildən öncə Belçikanın Antverpen şəhərindən İngiltərəyə gəlib.
Onun babası Portsmutda məskunlaşdıqdan sonra soyadını Çeymandan (Chaiman) Geymana dəyişmiş və ingilis cəmiyyətinə inteqrasiya olmuşdur. O, bu müddət zamanı marketlər şəbəkəsi işlədib. Onun atası Devid Bernard Geyman da həmin market işində çalışaraq ailə biznesini davam etdirib. Geymanın anası Şeyla (Qoldmen) isə əczaçı olmuşdur. Geymanın özündən yaşça kiçik iki bacısı var: Kler və Lizzi.
Geyman ailəsi 1965-ci ildə Qərbi Susseksdəki Şərqi Qrinstedə köçür. Nilin valideynləri orada yerli "Scientology" mərkəzində Dianetika üzrə təhsil alırdılar. Nilin bacılarından biri hazırda Los-Ancelesdəki Scientology kilsəsində işləyir. Nil Geyman şəxsən sayentoloq olmadığını bildirir.
Geyman artıq dörd yaşında ikən səlis oxu bacarığına yiyələnmişdi. On yaşında Dennis Uitlinin əsərləini oxumaqdan zövq alırdı. Sözsüz ki, Nilin ədəbi zövqünün formalaşmasında onun böyük rolu olub. Nilin əlindən düşməyən daha bir kitab Con Tolkinin məşhur "Üzüklərin hökmdarı" romanı idi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |