Məzmuna keç

Ulduzlu gecə (tablo)

Vikipediya, azad ensiklopediya
Ulduzlu gecə
nid. De sterrennacht
Rəssam Vinsent van Qoq
Tarixi 1889
Üslubu peyzaj[2]
Ölçüləri 73,7 ± 0,1 sm[1] × 92,1 ± 0,1 sm[1]
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Nyu-York Müasir İncəsənət Muzeyi
Saytı vggallery.com/painting/p…
İnventar nömrəsi 472.1941[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ulduzlu gecə (nid. De sterrennacht) — Hollandiyalı post-impressionist rəssam Vinsent van Qoqun 1889-cu ilin iyununda kətan üzərində yağlı boya ilə çəkdiyi tablosudur. O, bu əsərində günəş doğmadan əvvəl Sen-Remi-de-Provansdakı sığınacaq otağının şərqə baxan pəncərəsindən xəyali bir kənd əlavə etməklə mənzərəni təsvir etmişdir. Van Qoqun maqnum əsəri kimi tanınan "Ulduzlu gecə" əsəri 1941-ci ildən Nyu Yorkdakı Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına daxildir.

Ruhi xəstəxana

[redaktə | vikimətni redaktə et]
Saint-Paul-de-Mausole monastırı

23 dekabr 1888-ci ildə sol qulağına zərər yetirdikdən sonra Van Qoq 8 may 1889-cu ildə könüllü olaraq Saint-Paul-de-Mausole dəlixanasına getdi. Saint-Paul-de-Mausole varlılara xidmət edirdi və Van Qoq gələndə o qədər də dolu deyildi. Buna görə də ona təkcə yatmaq üçün otaq deyil, həm də rəssamlıq emalatxanası kimi istifadə edə biləcəyi birinci mərtəbədəki otağı tutmağa imkan verdilər.

Van Qoq Sent-Remi-de-Provansdakı sığınacaqda qaldığı müddət ərzində karyerasının ən məşhur əsərlərindən bəzilərini, o cümlədən 1889-cu ilin may ayında çəkdiyi, hazırda J. Paul Getty Muzeyində olan Süsənlər və 1889-cu ilin sentyabrında çəkdiyi hazırda Orse muzeyində saxlanılan avtoportretini çəkmişdir.

Van Qoqun avtoportreti (1889)
Vinsent van Qoqun "Süsənlər" əsəri
  1. 1 2 3 4 5 Museum of Modern Art online collection (ing.).
  2. RKDartists (nid.).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. https://en.wikipedia.org/wiki/The_Starry_Night
  2. https://en.wikipedia.org/wiki/Museum_of_Modern_Art
  3. https://en.wikipedia.org/wiki/Monastery_of_Saint-Paul_de_Mausole
  4. https://en.wikipedia.org/wiki/J._Paul_Getty_Museum
  5. https://en.wikipedia.org/wiki/Irises_(painting)
  6. https://en.wikipedia.org/wiki/Mus%C3%A9e_d%27Orsay
  7. https://en.wikipedia.org/wiki/Van_Gogh_self-portrait_(1889)