geniş
Görünüş
Mənalar :[1]https://web.archive.org/web/20160314081142/https://azerdict.com/izahli-luget/geni%C5%9F
- ↑
- Eni çox olan, gen (dar əksi). Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş arx.
- Sahə etibarilə çox böyük. Geniş tarla. Geniş çöllər. Geniş düzənlik. – Mil düzü, Mil düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn bu sözü.. M.Müşfiq. Qarşısında ucsuzbucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. [Ümid] hökumət evinin qabağındakı .. geniş meydanla Xəzərin sahilinə gəldi. B.Bayramov. // Məc. mənada. Kasıbın qapısı da ürəyi kimi geniş olardı. H.Sarabski. // məc. Ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. Geniş üfüq. – Görürsən, bu geniş, bu böyük dünya; Hələ çoxlarının başına dardır. N.Rəfibəyli.
- Böyük, iri (addım haqqında). [Oğlan] geniş addımlarla təpəyə çıxdı. H.Nəzərli. Aydın geniş addımlarla səhiyyə məntəqəsində gəzişir, .. öz gələcək planlarını düşünüb nizama salmaq istəyirdi. H.Seyidbəyli.
- məc. Miqyası, qavrama dairəsi, ölçüsü böyük. Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar.
- məc. Hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası. Elmi şuranın geniş iclası. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov. // Hamı üçün, çoxları üçün olan. Geniş istehlak malları.
- məc. Azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. Geniş həyat.
- məc. Dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. Həyata geniş (z.) baxmaq. Sözü geniş mənada başa düşmək lazımdır. geniş-geniş
- zərf Geniş, geniş surətdə. Kərim baba iri sallaq dodaqlarını genişgeniş açaraq gözlərini daha da qıydı. A.Şaiq;
- sif. Geniş (çoxluq bildirir). Geniş-geniş tarlalar. Geniş-geniş meydanlar. – Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]

|